Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçmiş bələdiyyə sədrinə hökm oxundu
Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.
Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfindən üç il müddətə azadlığın məhdudlaşdırılması, üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməsi) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- 77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək
- Auditorlar Palatasındakı mənimsəmə işi məhkəmədə yenidən araşdırılacaq
- Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı