Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və sifarişçi Günel Rasim qızı Süleymanova saxlanılıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu şəxslər Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovun həyatına sui-qəsd edərək öldürmək məqsədilə evinin yaxınlığında ona atəş açıblar.
Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb:
“Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatda istifadə edilsin. Dedim ki, qorxudun”.
Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: “Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”.
Adam oğurluğuna görə 12 il həpsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi “AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün Günel Süleymanovadan 40 min manat alacaqmış.
Ramilin Rəsulzadə qəsəbəsidə kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı silah, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı hər iki şəxs barəsində Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
www.oxu.az