Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.
O qeyd edib ki, A. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib.
E.Ə.
www.oxu.az