Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Cavadov 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin noyabr ayında Masallı rayonunda baş verib. İ.Cavadov rayon ərazisində kirayə qaldığı evdə otaq yoldaşı Siruz Mehdiyevlə spirtli içki qəbul edib. Daha sonra onlar mübahisə ediblər. Mübahisə nəticəsində İ.Cavadov S.Mehdiyevi qətlə yetirib.
Aqil Vəlili