Ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar edib.
Bu barədə BDYPİ-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib. Magistral yoldan götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.
Ümumiyyətlə, ötən il ərzində DYP xidmətinin əməkdaşları tərəfindən 14 avtomat, 11 tüfəng, bir tapança, 30 avtomat sandıqçası, üç əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkar olunub.
DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir.
Rəylər