Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Marketdə satıcını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə ifadə verməkdən imtina edib
Paytaxtda marketdə satıcını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Elcan Süleymanovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs zərərçəkənin ailəsindən üzr istəsə də, zərərçəkənin hüquqi varisi onunla barışmadığını deyərək, təqsirləndiriləndən şikayətçi olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Təqsirləndirilən 16 yaşlı Selcan Süleymanov isə hadisəni spirtli içkinin təsiri altında mübahisə zəminində törətdiyini deyərək məhkəmədə sərbəst ifadə verməkdən imtina edib. Bununla yanaşı o ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.
Aprelin 21-nə təyin olunmuş növbəti proses təqsirləndirilənin ibtidai istintaqdakı ifadəsinin elan olunması ilə davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü oktyabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Südçülük sovxozu" adlanan ərazidə baş verib.
Marketdə satıcı işləyən 20 yaşlı Xəyal Nağıyevin çalışdığı mağazada mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
İlkin araşdırmalarla hadisəni 16 yaşlı Elcan Süleymanovun törətdiyi məlum olub. O, qətldə şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Elgün Həsənli
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ
- Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü - DETALLAR
- Qayınatasını öldürmək istədi, özü öldü