Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hər hansı səbəb göstərilməyib.
Hazırda iclas davam edir.
E.Ə.
www.oxu.az