Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hazırda digər təqsirləndirilən şəxslərə hökm oxunur.
Qeyd edək ki, prokuror T. Bağırova ömürlük həbs cəzası istəmişdi.
A.M.