Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Narkotik satmaqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zaur Mirzəbəyov müdafiə çıxışı edib.
Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmə Ruslan Abdullayevi yeddi il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Ruslan Abdullayev ötən ilin fevralında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Ailəsindən xəbərsiz Bakıya qaçdı, gizli yaşadığı sevgilisini öldürmək istədi
- Salam vermədiyinə görə tanışına 14 bıçaq vuran şəxsə ad günündə HÖKM OXUNDU
- Tofiq Yaqubluya hökm oxundu
- İş adamı Ziya Hüseynzadəyə HÖKM OXUNDU
- Onlayn mərc oyunları təşkil etməklə 3 milyon manat qazanan şəxsin həbsi tələb olundu