Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.
Oxu.Az APA-ya istinadən məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.
Bildirilir ki, A.Qafarova 3 uşaq anasıdır.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
S.B.
www.oxu.az