Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan pulqabısını ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Quldurluq cinayəti" teqi üzrə xəbərlər
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"
- Bakıda gənc oğlana xəncərlə hücum edildi
- Sevgilisi ilə birlikdə quldurluq edən qadına hökm oxundu
- Bakıda kişini oğurlayıb pul tələb etdilər - TƏFƏRRÜAT
- Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın – TƏFƏRRÜAT