Gecə saatlarında Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.
Oxu.Az-ın məlumatına əsasən, rayon ərazisində 42 yaşlı İsayev İftixar Rəcəb oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sol bazu və sol biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu