Bakıda 54 yaşlı kişi özünə xəsarət yetirib.
Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Əliyev Rafiq Oruc oğlu yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.