Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 1974-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rüstəm Məmmədağa oğlu Kazımova vətəndaş Abayeva Marina tərəfindən göndərilən sovqata baxış keçirilib.
Bu zaman bağlamada olan “Bisella” şokolad qablarında gizlədilmiş 2 ədəd “Nokia” markalı mobil telefon aparatları və 1 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.