Bu gecə Kürdəmirdə daha bir piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrində Atakişili kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini 31 yaşlı Taleh Mahmudov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Hadisəni törədərək, ərazidən qaçan sürücünün tapılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Avtoqəzanın dəqiq səbəbləri araşdırılır.