ABŞ-da 19 il polisdə detektiv işləmiş 41 yaşlı Robert Kardona koronavirusdan vəfat edib.
“The New York Post” xəbər verir ki, 2001-ci il sentyabrın 11-i baş verən terror aktı zamanı insanları xilas edən R.Kardona sonra xərçəng xəstəliyinə tutulub.
Uzun müddət xərçənglə mübarizə aparan Robert sonda ağır xəstəliyə qalib gəlib.
Bu böyük uğuruna baxmayaraq keçmiş polis cari ay koronavirusa yoluxaraq vəfat edib.