Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prokuror Rəşad Dağlıya cəza istədi
Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxış edərək Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında Rəşad Dağlının cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Rəşad Dağlının vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses iyulun 28-də davam etdiriləcək.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Atasının qətlini sifariş edən oğul: "Anam öləndən sonra başqa qadınlarla gəzirdi"
- Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbərinin cəzası azaldılıb
Rəylər