Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsində "Khazar" markalı minik avtomobili bir neçə maşını əzib.
Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (adı və soyadı şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan avtomobildə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.
Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək oradan uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.
Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs olunub.