Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qaxda çay sahilində avtomat aşkarlanıb
Qax rayonunda çay sahilində odlu silah tapılması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan "Kalaşnikov" markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu
- Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Ziya Bünyadov prospektində yol qəzası olub, yolda sıxlıq yaranıb
Ən çox oxunanlar