Qaxda dörd kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qaxda keçmiş məhkum eyni əmələ görə növbəti dəfə tutuldu - VİDEO
Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12