Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri belə tədbirlər zamanı 5 nəfər saxlanılıb, onlardan ov silahları götürülüb.
Belə ki, rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.
Hacıqədirli kəndinin ərazisində isə kənd sakinləri Rafiq Əhmədov və qardaşı Azər qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan BORA və TOZ markalı ov tüfəngləri götürülüb.
Hər iki faktla bağlı Ağsu RPŞ-nin istintaq və təhqiqat qruplarında araşdırma aparılır.
11:28
Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində üç nəfər tutulub. Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğludur.
Həmin şəxslərdən üç ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı “Qırmızı kitab”a düşmüş dörd Bəzgək quşu götürülüb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı “Qırmızı kitab”a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.