Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəşad Dağlının ilk məhkəmə iclası başa çatdı - YENİLƏNİB + VİDEO
Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-ə təyin olunub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Lakin məhkəmənin təxirə salındığı və prosesin başqa günə təyin edildiyi açıqlanıb.
08:58
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası başlayır.
Oxu.Az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsi gözlənilir.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə, 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Rəylər