Zaqatalada 39 yaşlı İsa Bolayevi restorandan çıxarkən ov tüfəngi ilə atəş açaraq yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə tutulub.
Ondan ov tüfəngi götürülüb.
"Zaqatala rayonnun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü şəxs (kişi) saat mayın 9-da saat 02:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının II Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, sağ budun açıq yarası diaqnozu təyin edilən, travmatik şok vəziyyətində olan şəxsə zəruri tibbi xidmətlər göstərilib:
"Səhər saatlarında isə xəstə yaxınları tərəfindən öz istəkləri ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb".
Məhərrəm Əliyev
Zaqatalada güllələnən 39 yaşlı İsa Bolayevlə bağlı bəzi detallar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.
O, Zaqatalada restoran sahibi olub.
İ.Bolayevin fotolarını təqdim edirik:


Zaqatalada güllələnmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, gecə saat 01:30-da rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.