Rusiyanın Novosibirsk vilayətinin Barabinsk şəhərində zorlamaya görə axtarışda olan Azərbaycan vətəndaşı onun barəsində xəbər yayan yerli saytın redaktoruna zəng edərək ölümlə hədələyib.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hədələnən redaktor yerli NDN.info saytına açıqlamasında bildirib.
Redaktorun sözlərinə görə, oktyabrın 15-də gündüz redaksiyaya zəng edən azərbaycanlı onu “seksual murdarlıqlar və qətllə” hədələyib.
