Rusiya Federasiyası Şimal administrativ vilayət üzrə Dİ İdarəsinin cinayət axtarışı əməkdaşları küçə qarətinin üstünü açıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, fevral ayının 21-də saat 3.30-da “02” xidmətinə qarət haqqında məlumat daxil olub.
Şikayətçinin - Xoroşev şossesində yerləşən mağazanın administratorunun sözlərinə görə, naməlum şəxslər ödəmə terminalını oğurlayıblar. İçində pul olan terminal, onlar tərəfindən naməlum istiqamətdə aparılıb.
Həmin gün RF Cinayət Məcəlləsinin 161-ci maddəsi üzrə cinayət işi açılıb. Mart ayının 1-də saat 02.00 radələrində “Zaslon1” əməliyyatı çərçivəsində aparılan axtarış tədbirləri nəticəsində RF Şimal administrativ vilayət üzrə Dİ İdarəsinin əməkdaşları 9-cu Parkovı küçəsində yerləşən mənzildə 30-36 yaş arası üç Azərbaycan vətəndaşını saxlayıblar.
Saxlanılan şəxslərə dair RF CM-nin 91-ci maddəsi ilə qəti-imkan tədbiri tətbiq edilib.