Novqorodun Sovetski rayonunun məhkəməsi falçılıqla məşğul olan yaxın rəfiqəsini qarət edən azərbaycanlıya dair cinayət işinə baxır.
Oxu.Az xəbər verir ki, bu barədə Sovetski rayonunun prokurorluğundan “Kriminal xronika”ya danışıblar.
2015-ci ilin mart ayında Sovetski rayonunda kollektorda çantanın içində hissələrə ayrılmış cəsədi tapılan 47 yaşlı nijeqorodlu qadının ölüm faktı üzrə istintaqın gedişatında, məhkəmə-tibbi ekspertizanın çıxarışına görə, ölüm ürək tutması nəticəsində baş verib.
Daha öncə qətl maddəsi ilə açılmış cinayət işi qarət maddəsinə tövsif olunaraq polis orqanlarına verilib. Şübhəli şəxs hal-hazırda həbsdədir.
Qurban qızıl əşyaların oğurlanmasında öz təqsirini təkzib edir və həmin gün rəfiqəsinə qonaq gəldiyini və qapını açıq gördüyünü iddia edir. Orada isə rəfiqəsinin artıq cansız cəsədini görüb.
Amma müstəntiqlər ehtimal edirlər ki, hadisə başqa cür olub. Belə ki, kişi öncə qadını döyüb, onun vurduğu zərbələr həyat üçün təhlükəli olmayıb, daha sonra isə onun zinət əşyalarını oğurlayıb, qadının öldüyünü görən kişi qorxub və onun cəsədini doğrayaraq kollektorda gizlədib.
Əldə olan məlumata görə, qadın heç yerdə işləmirdi, falçılıq ilə məşğul olurdu, Avtozavodsk rayonunda yaşayırdı. 2015-ci ilin mart ayının 15-də evdən çıxarkən oğluna dincəlmək istədiyini deyib və bir daha evə qayıtmayıb.
2015-ci ilin mart ayının 17-də mərhumun qohumları polis bölməsinə onun itməsi ilə əlaqədar müraciət ediblər.
Mərhumun yaxınları sosial şəbəkədə qadının ehtimal edilən qatili barədə məlumat yayıblar. Onların məlumatına görə, bu, qadının gənc sevgilisi azərbaycanlı Həmzə Ş. idi.
Daha sonra gənc adamın elə həmin gün saxlanıldığı haqqında məlumat yayıldı. Guya ki, gənc oğlanın atası özü onu polisə təhvil verib.
Mərhumun yaxınları bildiriblər ki, şübhəli bilinən şəxsin özü polisləri Marina Sizovanın cəsədinin olduğu çantanı qoyduğu yerə gətirib.