DİN məlumat yaydı.Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ramin Bağırov və Gündüz Aslanov yaxalanıblar.
E.Ə.
www.oxu.az