Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəkidə uşaq bağçasında 105 min manat mənimsənilib, cinayət işi başlanılıb
Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- Türkiyədə bıçaqlanan Araz Musayev: "Federasiya Azər Həsənsoyun atasının malı deyil"
- Tanınmış hotelin 163 min manatdan çox pulunu mənimsəyən baş xəzinədara HÖKM OXUNDU
- Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI
- Hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanıb: Bir nəfər həbs olunub
- Sabiq direktor məhkəmə zalında həbs edildi