Sumqayıtda orta məktəbdəki intihar hadisəsinin səbəbləri məlum olub.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbin həyətindəki idman qurğusundan asılmış meyiti tapılan - əslən Neftçala rayonundan olan, 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu ailəsilə birlikdə Sumqayıtın 9-cu mikrorayonunda kirayədə yaşayıb.
3 övlad atası olan R.Cəfərov noyabrın 20-də gecə saatlarında evdən çıxıb və məktəbin həyətinə gələrək, orada özünü idman qurğusundan asaraq intihar edib.
Məlumata görə, R.Cəfərov Sumqayıt şəhər, 5-ci mikrorayondakı “İmplant” Estetik Klinikasında diş texniki işləyirmiş. İntiharın səbəbi kimi R.Cəfərovun külli miqdarda borcunun olması göstərilir. Məlumata əsasən, onun külli miqdarda borcu olub və son aylarda həmin borcları ödəyə bilməyib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
10:41
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
Hadisə noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbdə baş verib. 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu məktəbin həyətində özünü idman qurğusundan asaraq intihar edib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
E.Ə.