Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tanışına qarşı külli miqdarda dələduzluq edən şəxs saxlanıldı
Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.
O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui-istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir
- Psixoloq uşaqları dələduzlardan qorumağın yollarını açıqladı
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu
- Bakıda üç dostun ağlasığmaz planı: Yanmış "Gelandewagen"lə kredit götürdülər