Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təqaüd düzəltmək adı ilə pullarını mənimsədi, saxlanıldı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan çox pulunu ələ keçirib.
M.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
- İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı
- Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
Rəylər