Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Astanada bıçaqlı şəxs məscidə hücum etdi
Astanada bıçaqla silahlanan şəxs məscidlərindən birinə hücum edib və tələblər irəli sürüb.
Bu barədə Oxu.Az tengrinews.kz-ə istinadən məlumat verir.
Sosial şəbəkələrdə məsciddən bir video yayılıb. Videodan aydın olur ki, bıçaqla silahlanmış bir şəxs polis əməkdaşlarından müdafiə olunmağa çalışır. Bildirilir ki, hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, şəxs məscidə soxulub və guya həbsxanadan bəzi insanların azad edilməsini tələb edib. Daha sonra polis əməkdaşları hadisə yerinə gəliblər.
"102 xidmətinə şəhərin məscidlərindən birində naməlum bir kişinin ziyarətçiləri hədələdiyi barədə məlumat daxil olub. Hadisə yerinə dərhal polis dəstəsi göndərilib. 36 yaşlı şübhəli operativ şəkildə saxlanılıb və polis şöbəsinə aparılıb. Ondan kustar üsulla hazırlanan bıçaq götürülüb. Yoxlama zamanı müəyyən edilib ki, saxlanılan şəxs 2006-cı ildən psixonevroloji dispanserdə qeydiyyatdadır. Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda baş verən hadisənin detalları yoxlanılır", - deyə Astana Polis Departamentindən bildirilib.
Rəylər