Türkiyədə fahişəliklə məşğul olmaqda şübhəli bilinən 3 azərbaycanlı qadın tutulub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, qadınların Mutlukentdə əxlaqsızlıq yuvasının olması barədə polisə informasiya daxil olub.
Polis dərhal Kocaelinin Qabze qəsəbəsinin ərazisində olan həmin binaya basqın edib. Hərəkətə keçən polislər A.B, Y.Y və M.G-ni yaxalayıb. Onlar sənədləşmələrdən sonra məhkəməyə təhvil veriliblər.
Bildirilir ki, yaxalanan qadınların hamısı Azərbaycan vətəndaşıdır.
E.Ə.
www.oxu.az