Ukrayna sərhədçiləri “Borispol” (Kiyev) aeroportunda və Moldova ilə sərhəddə yerləşən Odessa vilayətində saxta sənədləri olan 10 nəfəri saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə avqustun 19-da Ukraynanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətində bildirilib.
“Kiyev” xüsusi nəzarət-keçid məntəqəsinin sərhədçiləri “Borispol” keçid məntəqəsində üç Özbəkistan, iki Azərbaycan və bir Türkiyə vətəndaşında saxta sənədlər aşkar ediblər. Qeyri-qanuni şəkildə Ukraynaya keçməyə cəhd edən şəxslər geri qaytarılıb”, - məlumatda deyilir.
Qanunu pozan dörd nəfər Moldova vətəndaşını isə Kotov və Belqorod-Dnester bölüyünün sərhədçiləri Odessa vilayətinin “Platonove” və “Starokazaçye” keçid məntəqələrində aşkar ediblər.