Bakıda velosiped oğurluğu ilə məşğul olan şəxslər tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprel-sentyabr ayları ərzində rayon ərazisində 5 nəfərə məxsus həyətyanı sahələrdən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Cavadov və Samir Aydınbəyov saxlanılıblar.
E.Ə.
www.oxu.az