Xaçmaz rayonu Çarxı kənd sakinləri "Dostluq" kafesində baş verənlərdən narahatdırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ATV-nin müxbiri Rəşid Məmmədli öz Facebook səhifəsində yazıb.
R. Məmmədli bildirib ki, fahişələrlə görüş müştəriyə 20 manata başa gəlir.
Müxbir faktla bağlı görüntüləri Daxil İşlər Nazirliyinə göndərdiyini qeyd edib.
S.B.