Xırdalan şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Xırdalan şəhəri ərazisində Sumqayıt sakini Nazim Şirinov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Çələbiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxu.Az yeniləndi!