Abşeron rayonunda müxtəlif vaxtlarda dörd azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkət edən manyak saxlanılıb.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, rayonun Xırdalan şəhərində polis əməkdaşları Hökməli qəsəbə sakini 38 yaşlı İbrahim Buqurovu tutub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, İ.Buqurov zərərçəkən azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılıb.
E.Ə.
***
01.07.2017 16:18
Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu yayılıb.
Oxu.Az-ın məlumatına görə, oxucuların Missiya.Az-a göndərdiyi fotoda onun çox halsız vəziyyətdə olduğu görünür.
Bildirilir ki, cinayətkar altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.
Sakinlər tərəfindən döyülən şəxs əraziyə gələn polis əməkdaşları tərəfində şöbəyə aparılıb.

S.B.
www.oxu.az