“Türkiyə “Bursaspor”una qorxaq kimi qaçmaq istəmirdim”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Vecernji List”ə müsahibəsində deyib.
Xorvatiyalı mütəxəssis vicdanla çalışdığını və sıçrayışa nail olduqlarını bildirib. O, müqaviləsinin başa çatanadək Azərbaycanda çalışacağını vurğulayıb.
Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrında AFFA ilə 3 illik müqavilə bağlayıb. “Bursaspor” rəhbərliyi onu baş məşqçi postuna aparmaq istəsə də, danışıqlar “timsahlar” üçün müsbət nəticələnməyib.
E.Ə.
www.oxu.az