“Meqa Sığorta” ASC və SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsi, avtomobillərin icbari sığortasının birbaşa yanacaqdoldurma məntəqələrində əldə edilməsi məqsədilə birgə layihəyə start verib.
Azərbaycan Respublikası üzrə fəaliyyət göstərən istənilən SOCAR yanacaqdoldurma məntəqəsinə yaxınlaşaraq, müştərilər öz avtomobilini tərk etmədən “Meqa Sığorta” ASC-dən icbari avtomobil sığortasını əldə edə bilərlər.
“Meqa Sığorta” ASC 2010-cu ildən sığorta sektorunda fəaliyyət göstərir, peşəkar və etibarlı tərəfdaş olmaqla, müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçərək qısa müddətdə sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur. Şirkət 30 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir.
Hal-hazırda, “Meqa Sığorta” ASC-nin 15 filial və nümayəndəlikləri Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərməkdədir.