Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yevlax sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb
Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Bakıda silah-sursat aşkarlandı
- Şəkidə 2000-ə yaxın patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb
- "Amin Mərdəkanski"nin qardaşı uşaqları hakim qarşısında - QANLI DAVANIN TƏFƏRRÜATI
- DTX-dən xüsusi əməliyyat: Terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldılar
- PKK özünü niyə ləğv etdi? - Yalçın Sarıkaya Oxu.Az-ın suallarını cavablandırıb