Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yevlaxda sürücü il ərzində ikinci dəfə narkotik sərxoşluğu ilə saxlanıldı
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yevlax rayonu ərazisində yerləşən stasionar postunda yükdaşıma qaydalarını pozan ISUZU markalı evakuator sürücüsü saxlanılıb.
Bu barədə Oxu.Az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən paytaxt sakini Nadir Həsənovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə və araşdırma zamanı N.Həsənovun avtomobili narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi, habelə eyni əməli il ərzində təkrar törətməsi müəyyən olunub.
N.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Şamaxıya gedən yolda hərəkət dayandı
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
- Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib
- BDYPİ: "Hava şəraiti ilə bağlı piyadaların təhlükəsizliyi xüsusi olaraq diqqətdə saxlanılır"