Bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində 29 yaşlı İkram Rəhim oğlu Piriyevi qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Zahir Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bakıda qətl hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
29 yaşlı İkram Rəhim oğlu Piriyev küt alətlə vurularaq, qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.