Alimlər tədqiqat aparıb və aşkar ediblər ki, baxımlı və gözəl xarici görünüşü olan insanlar astma, şəkər və hipertoniyadan daha az əziyyət çəkirlər.
Oxu.Az Aze.Az-a istinadən xəbər verir ki, xarici görünüşcə insanlar nə qədər çox cazibədar olsalar, xəstəliklərdən də bir o qədər az əziyyət çəkirlər, bu xəstəliklərə orqanizmdə xolesterinin yüksək olmasından tutmuş depressiyaya qədər hər şey daxildir.
Tədqiqatçılar müəyyən ediblər ki, cazibədar insanlarda bütün həyatları boyu fiziki və psixi xəstəliklər az hallarda üzə çıxır.
Eksperimentdə 24-35 yaş aralığında olan insanlar iştirak edib. Onları 10 yaşlarından başlayaraq müşahidə ediblər. Ümumilikdə müxtəlif yaşda olan 15 000 könüllü kişi və qadın müşahidə edilib.
Gözəl qadınlar təzyiqdən 21%, şəkərdən 22%, astmadan 12%, depressiyadan 17%, DHÇS-dən (Diqqət və hiperaktivliyin çatışmazlıq sindromu) 18%, kəkələmədən 18%, qulaqbatmadan 13% az əziyyət çəkirlər.
Yaraşıqlı kişilər orqanizmdə xolesterinin yüksək olmasından 13%, təzyiqdən 20%, depressiyadan 15%, DHÇS-dən 23%, kəkələmədən 21% az əziyyət çəkirlər.
Alimlər belə nəticəyə gəliblər ki, cazibədarlıq güclü genin göstəricisidir.