Hər gün səhər tez oyanmaq sizə çətin gəlir? Bilməlisiniz ki, yuxu hər zaman xeyir deyil. Az yatmaq qədər çox yatmağın da orqanizm üçün xeyli sayda mənfi tərəfləri var.
Oxu.Az Qafqazinfo-ya istinadla oxuculara çox yatmağın nələrə səbəb ola biləcəyini təqdim edir:
Çox yatmaq nələrə səbəb olur?
- Beyni zəiflədir. Yaşlı qadınlarla aparılan araşdırma zamanı məlum olub ki, yaşlı insanlar 9 saatdan çox, 5 saatdan az yatdıqda beyin 2 il zəifləyir.
- Depressiyaya səbəb olur. Araşdırma zamanı 7-9 saat aralığında yatan şəxslərin sadəcə 27%-də depressiv əlamətlər görüldüyü halda, 9 saatdan çox yatanların 49%-də bu hal müşahidə edilib.
- Hamilə qalmağı çətinləşdirir. Koreyada araşdırma mərkəzlərindən biri süni mayalanma üçün müraciət edən 650-dən çox qadının 9-11 saat yatdığını müəyyən edib.
- Şəkər risqini artırır. 8 saatdan çox yatan insanlarda gizli şəkər xəstəliyi və yaxud digər insanlara nisbətən şəkər riskinin 2 dəfə yüksək olduğu məlum olub.
- Piylənmə və kökəlməyə səbəb olur. 8 və daha artıq saat yatan adamların da daxili orqanlarının ətrafında piylənmə prosesi gedir.
- Həddindən artıq çox yatmaq erkən ölümə səbəb olur. 8 saatdan çox yatan insanların ölüm riski digərlərinə nisbətən 1,3 dəfə yüksəkdir.
Qeyd edək ki, həftə içi günlərdə 4-5 saat yatıb, həftə sonu bütün gün yatmaqla yuxu rejiminizi təmin etməyi düşünürsünüzsə, bu, yanlış addımdır. Çünki gümrah qalmaq üçün gün ərzində ən azı 7 saat yatmaq mütləqdir.
A.S.
www.oxu.az