Dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə "SS United States" sərnişin layneri ABŞ-nin Florida ştatı sahillərində batırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, gəminin batırılması noyabrın 12-nə planlaşdırılıb. Lakin hava şəraitindən asılı olaraq tarix dəyişdirilə bilər.
"SS United States" 1952-ci ildə ilk səfəri zamanı Atlantik okeanında sürət rekordu müəyyənləşdirib. Gəmi saatda təxminən 67 kilometr sürətlə hərəkət edərək okeanı 3 gün 10 saat 40 dəqiqəyə keçib. Laynerin uzunluğu təxminən 305 metrdir.