Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?
Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı nevroloq Vladimir Martınov "RIA Novosti"yə müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, böyük insanın kifayət qədər yuxu alması üçün yeddi-doqquz saat tələb olunur. İstisna hallarda insanlar altı saat ərzində kifayət qədər yuxu ala bilirlər.
"Bəzi insanlar altı saat ərzində zəruri qədər yatmağı bacarırlar ki, bu da istisna haldır", - deyə V.Martınov bildirib.
Nevroloq xəbərdarlıq edib ki, xroniki yuxu çatışmazlığı diqqətin konsentrasiyası, həddindən artıq yorğunluq və immunitet sisteminin pisləşməsi ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.
"Yuxu rejimi" teqi üzrə xəbərlər
- Smartfonlar yuxumuzu necə "oğurlayır"?
- Matrasdakı sarı ləkələrdən necə xilas olaq? - Cəmi 5 tərkibdən ibarət qarışıq
- Nahardan sonra insan niyə süstləşir, yuxusu gəlir? - Həkim vəziyyətdən çıxmağın yolunu açıqladı
- Piylənmənin qarşısını almağın yolu - HƏKİM MƏSLƏHƏTİ
- Bir gecəlik yuxusuzluğun həyat üçün təhlükəli nəticələri açıqlandı