Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” repertuarına iki yeni film əlavə edib.
Oxu.Az xəbər verir ki, kinoteatr komediya həvəskarlarını Kemeron Diazın baş rol aldığı “Başqa qadın” və Nikol Kidmanın iştirakı dram janrında çəkilmiş “İntiqam” filmini izləməyə dəvət edir. Filmlər may ayının 1-dən etibarən nümayiş olunmağa başlayacaq.
“Başqa qadın” filmi üç aldadılmış qadının intiqamından bəhs edir. Karlinin ağlına belə gəlməzdi ki, onun yeni tanışı Mark belə alçaqdır. Karli, təsadüfən yalançı dostunun həyat yoldaşı Keyt ilə tanış olur və onunla dostlaşır. Markın həyatında daha bir cavan gözəlçənin - Emberin məlum olması, aldanmış xanımları daha da yaxınlaşdırır. Üç qəzəbli qadın isə çox təhlükəlidir və onlar intiqam almağa iddialıdırlar.
“İntiqam” filmi isə Erik Lomaksın tarixçəsindən bəhs edir və real hadisələr əsasında çəkilib. İkinci dünya müharibəsi zamanı bu britaniyalı zabit yapon ordusu tərəfindən tutulub. Nəticədə o, ona işgəncə verilən düşərgələrin bütün əzab-əziyyətini keçib. Əsir ikən o, dəmir yolu tikintisində iştirak etməyə məcbur idi.
Azadlığa buraxılandan sonra Lomaksa kapitan rütbəsi verirlər. On illər sonrası, uzun müddət intiqam almaq arzusu ilə yaşayan hərbçi barışmaq qərarı verir. Bunun üçün o, ona əzab verənlərdən biri ilə Kvay çayı üzərindəki körpüdə görüşür.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.