Oktyabrın 31-i Rusiyanın xalq artisti Andrey Makareviç ilk dəfə olaraq Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, on barmağında on mərifət olan musiqiçi, müğənni, bəstəkar, prodüser, teleaparıcı, rəssam Andrey Makareviçin uşaq vaxtlarında incəsənətə marağı olmasa da, atasının səyi nəticəsində musiqini sevməyə başlayır. O, ilk dəfə fortepianoda ifa etməyi öyrənir. 12 yaşında artıq sərbəst olaraq gitarada ifa etməyi bacarır.
Məktəbi bitirəndən sonra o, Moskva Memarlıq İnstitutuna daxil olur. Ali məktəbi başa vurduqdan sonra o musiqi fəaliyyətinə başlayır. İlk solo konsertini 1982-ci ildə verir.
2001-ci ilin avqustunda “Оркестр креольского танго” layihəsini təşkil edir. Andrey Makareviç orada ayrı-ayrı musiqiçiləri bir araya gətirir.
Beləliklə, görkəmli musiqiçinin 2014-cü ilin payızında Bakıya gəlişi planlaşdırılır.

Aytən Sadıqzadə
www.oxu.az