28 oktyabrda Rusiyanın Kreml Sarayında Avropa rəqsləri üzrə peşəkarlar arasında “Dünya çempionatı – 2017” keçiriləcək. Çempionatın təşkilatçısı Rusiyanın Əməkdar incəsənət xadimi, Rusiya Rəqs Birliyinin prezidenti, “WDC”-in fəxri vitse-prezidenti Stanislav Popovdur.
Oxu.Az xəbər verir ki, Azərbaycanı müsabiqədə Eldar Cəfərov və Anna Sajina təmsil edəcək.
E.Cəfərov və A.Sajina 2005-ci ildən birlikdə rəqs edirlər. Cütlük elə həmin il ölkə çempionatında iştirak edib və qalib olub. Bal rəqsləri, Latın Amerikası və 10 rəqs bölgüsü üzrə üçqat ölkə çempionudurlar.
Onlar 6 sentyabr 2008-ci ildə keçirilmiş “Eurovison” rəqs müsabiqəsində ölkəmizi təmsil ediblər.
Aytən Sadıqzadə
www.oxu.az